Ərindən boşandığı deyilən Kəmalə efirdə AĞLADI: “Uşaq problemimiz oldu” - VİDEO

Ərindən boşandığı deyilən Kəmalə efirdə AĞLADI: “Uşaq problemimiz oldu” - VİDEO

Hazırda oxunan: Ərindən boşandığı deyilən Kəmalə efirdə AĞLADI: “Uşaq problemimiz oldu” - VİDEO

106017

“Həyat yoldaşım Teymurla ayrılmamışam və heç yerdə deməmişəm ki, ayırılıb, boşanmışam. İstəmirəm gündəmə şəxsi həyatımla gəlim. İstəyirəm ki, sənətimlə maraqlanıb, ondan danışsınlar”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Proqramın aparıcısı Elgiz Əkbərin “Hamı elə bilir ki, siz məşqçi Teymurla ayrılmısınız. Depressiyaya düşdüyünüz deyilirdi” sözlərinə müğənni etiraz edib.
“Hamısı yalandır. Ümumiyyətlə depressiyaya düşən insan deyiləm. Siz harada görmüsünüz ki, depressiyaya düşüm”, - deyə Kəmalə bildirib.

Daha sonra aparıcı “Siz axı özünüz az əvvəl dediniz ki, yeddi il sənətdən uzaqlaşdınız” şərhinə Qaramollayeva göz yaşalarına qərq olub.

Kəmalə bildirib ki, onun yeddi il sənətdən uzaqlaşmasına səbəb övladının olmaması və bununla əlaqədar xaricdə müalicə alması olub:

“Bir oğlan övladım var. Daha əvvəl hamilə olsam da, amma dünyaya gəlmədən tələf olub. Sənətdən ailə quranda ayrılmaq fikrində olmamışam.

Bizim uşaq problemimiz oldu. Bu problemi həll etmək üçün xarici ölkəyə köçmək məcburiyyətində qaldıq. Bakıda elə bir klinika qalmadı ki, ora müraciət etməyək. Başımız çox əziyyətlər çəkdi. Çox böyük problem idi və o problem indi də var. İnsanların şəxsi həyatına müdaxilə etməyək. Uşaq ağrılı yerimdir.
Övladım olana kimi elə bir şeylər çəkdim ki,... Elə insanlar var ki, bunu açıq danışırlar efirlərdə. Hamı bilir ki, problem nədir. Mən isə elə bir insan deyiləm. Şəxsi həyatımı gündəmə gətirmək istəmirəm. Xəstəlik elə bir məsələdir ki,... O Allahın bir lütfüdür. Allah bunu istəyirsə bu olur, istəmirsə... Hamının başa gələ bilər. Amma şükür ki, bu gün övladım var”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO