Yusif Mustafayev: “Ayda 25 toya gedirəm” - VİDEO

Yusif Mustafayev: “Ayda 25 toya gedirəm” - VİDEO

Hazırda oxunan: Yusif Mustafayev: “Ayda 25 toya gedirəm” - VİDEO
102035
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şəhər toyları rayon toylarından baha olur. Rayonda yaşayan insanların o qədər pulu yoxdur. Amma şəhərdə yaşayan insanların imkanı var. Şəhərdə müğənninin dediyi qonorarı verirlər. Amma rayonda gərək insanın imkanını nəzərə alasan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Yusif Mustafayev qonaq olduğu “Günün sədası” verilişində deyib. 

Az qonorara qanə olduğunu söyləyən sənətçi məhz buna görə ayda 25 toya getdiyini açıqlayıb.

“Əsas bərəkət olsun. Mən Yusif Mustafayev hər zaman az qonorara şükür etmişəm. Aza min bərəkət. Bəzən görürsən ki, həmkarlarım toyda çıxış etmək üçün elə bir rəqəm deyir ki, ağlım çaşır. Çox böyük rəqəm dediyinə görə də, onun ayda iki dəfə toyu olur. Amma Yusif Mustafayev nə deyirlərsə, söyləyirəm min bərəkət və ona görə də ayda 25 toya gedirəm”, - deyə Y.Mustafayev bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO