Nazpəri Dostəliyeva:

Nazpəri Dostəliyeva: "İlhamənin ağlına da gəlməzdi ki, haqqında nəsə danışım" - VİDEO

Hazırda oxunan: Nazpəri Dostəliyeva: "İlhamənin ağlına da gəlməzdi ki, haqqında nəsə danışım" - VİDEO
100603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Onu bir dəfə ziyarət etmişəm. Dəfələrlə yuxuda gördüm. Özü də əsəbi, günahkar kimi görünürdü. Dedi ki, Nazpəri, haqqını halal et. Oyandım, onun adına yasin oxudum. Bir müddət sonra ziyarət etməyə getdim. Yaxşı qadın, gözəl sənətkar idi".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl qalmaqal yaşadığı, mərhum Xalq artisti İlhamə Quliyeva haqqında qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda danışıb. 

Sənətçi mərhum həmkarının mahnılarını evdə zümzümə etsə də, amma repertuarına salmadığını bildirib: 

"İlhamənin ağlına da gəlməzdi ki, onun haqqında nəsə danışım. Mən isə üzə tərifləyən adam deyiləm. Onun mahnılarını evdə zümzümə etmişəm, amma yazdırmamışam. “Yandım, elə yandım”ı sevirdim. Böyük mənuniyyətlə ifa edərdim. Amma istəmədim.

Çünki kim mahnısını oxuyurdu, bir bəzək-düzək edirdi. O, vəfat edəndə mətbuatdan zəng etdilər, dedilər ki, İlhamə xanım dünyasını dəyişib, nə deyə bilərsiniz? Cavab verdim ki, düşünürəm ki, əgər İlhamə Quliyeva vəfat edibsə, deməli biz də ölə bilərik”. 
Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO