Daşkəsəndə bağlanan bu yolda hərəkət bərpa edildi - FOTO

Daşkəsəndə bağlanan bu yolda hərəkət bərpa edildi - FOTO

Hazırda oxunan: Daşkəsəndə bağlanan bu yolda hərəkət bərpa edildi - FOTO

78875

Daşkəsən rayonu ərazisində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda artan sel suları nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən avtomobil yollarına ziyan dəyib, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanıb.

Bundan başqa sel suları nəticəsində çayın məcrası dəyişdiyi üçün Çanaxçı-Zivlən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün yanaşma yolunu yuyulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Çanaxçı-Alaxançallı avtomobil yolunun təqribən 4 km-lik məsafədə dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində işlər aparılıb. 

Agentlik tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yolun hərəkət hissəsi təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkəti rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində tam bərpa olunub.

Hazırda Alaxançallı kəndi daxilində bələdiyyə yollarının təmizlənməsi istiqamətində işlər aparılır və yaxın saatlarında bu işlər də tam yekunlaşacaq.

Bundan başqa Daşkəsən rayonunun Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinin iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində də işlərə başlanılıb. Həmçinin sözügedən yol üzərində yerləşən və 12 metr uzunluğa malik metal körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpasının da qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO