Azərbaycan-Qazaxıstan turizm əlaqələri müzakirə edildi

Azərbaycan-Qazaxıstan turizm əlaqələri müzakirə edildi

Hazırda oxunan: Azərbaycan-Qazaxıstan turizm əlaqələri müzakirə edildi
75821
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qazaxıstan Mərkəzi Asiya ölkələri arasında Azərbaycan turizm bazarı üçün prioritet istiqamətlərdən biridir və biz əlaqələrimizi daha da genişləndirməkdə maraqlıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mayın 23-də Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev ilə görüşdə deyib.

O, ölkədə tədricən turizmin bərpa olunduğunu, yeni turizm məhsullarının və marşrutlarının yaradıldığını, ötən ay Almatıda keçirilən “Qazaxıstan Beynəlxalq Turizm və Səyahət” - “KİTF 2022” sərgisində Azərbaycanın turizm imkanlarının geniş tanıdıldığını diqqətə çatdırıb.

Agentlik sədri 44 günlük Vətən müharibəsində işğaldan azad olunan torpaqlarda yeni turizm məhsullarının yaradılması üzərində layihələrin hazırlandığını, beynəlxalq sərgilərdə Qarabağın turizm potensialının təbliğ edildiyini bildirib.
Y.Yerkinbayev iki qardaş ölkə arasında turizm əlaqələrinin daha genişləndirilməsində, aviauçuşların və qarşılıqlı turist səfərlərinin sayının artırılmasında maraqlı olduqlarını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO