Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı artıb

Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı artıb

Hazırda oxunan: Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı artıb
66606
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı 40,7 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (27,9 milyon dollar) 45,8 faiz daha çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Milli Statistika İdarəsi yayıb.

Mənbə qeyd edir ki, 2022-ci ilin hesabat dövründə Gürcüstandan Azərbaycana təkrar ixrac edilən avtomobillərin sayı 7,2 faiz artaraq 4292-dən 4601-ə çatıb.

Beləliklə, Azərbaycan 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan əsas avtomobil idxalçıları arasında birinci yerdədir. Azərbaycandan sonra Qazaxıstan (7,4 milyon dollar) və Ukrayna (6,8 milyon dollar) gəlir.

Bununla yanaşı, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan avtomobillərin təkrar ixracı 72,5 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (49,9 milyon dollar) 45,2 faiz çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO