Azərbaycanda kreditlərin 97,3 faizi banklar tərəfindən verilib – RƏSMİ

Azərbaycanda kreditlərin 97,3 faizi banklar tərəfindən verilib – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda kreditlərin 97,3 faizi banklar tərəfindən verilib – RƏSMİ
65112
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq, milli valyuta ekvivalentində 17 milyard 242,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, ümumi kredit portfelinin 14 milyard 10,5 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 21,5 faiz azalaraq 706,6 milyon manat olub və ümumi kredit portfelinin 4,1 faizini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO