Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək - FOTO

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək - FOTO

Hazırda oxunan: Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək - FOTO
630826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Morpоrt Aktau” xüsusi iqtisadi zonasında “Eurasia Supply Chain Aktau” MMC-nin logistika kompleksi fəaliyyət göstərir. Kompleksin şəbəkəsi ilkin mərhələdə Qazaxıstan, Rusiya, Türkmənistan, İran və Azərbaycanı əhatə edəcək.

Bizim.Media Mangistau vilayəti yerli icra orqanının mətbuat xidmətinə istinadla xəbər verir ki, kompleks 22,7 hektar ərazidə yerləşir. İnvestisiyaların həcmi 10 milyard tenge (təxminən 21,5 milyon ABŞ dolları) təşkil edir.

Bazanın imkanları eyni vaxtda 5 minədək 20 futluq dəniz konteynerinin saxlanmasına imkan verir. Ərazidə tranzit gömrük anbarı və beynəlxalq konteyner terminalı fəaliyyət göstərir.

Layihənin əsas məqsədi Xəzər regionu vasitəsilə Şərqi Asiya ölkələri ilə Avropa arasında səmərəli logistika əlaqəsinin formalaşdırılmasıdır.
 

Gələcəkdə əhatə dairəsinə Belarus, Özbəkistan, Gürcüstan, Türkiyə və İraqın da daxil edilməsi nəzərdə tutulur. Orta və uzunmüddətli perspektivdə isə Bolqarıstan, Rumıniya və Ukrayna da daxil olmaqla, Şərqi və Cənubi Avropa bazarlarına çıxış planlaşdırılır.


Obyekt 2026-cı ilin martında istismara verilib. (Azərtag)

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək - FOTO - foto 1
Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO