Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Hazırda oxunan: Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

629868

Tədris ilininin yaxınlaşması kirayə bazarında hərəkətliliyi artırır. Tələbələr üçün əsas məsələlərdən biri təhsil alacaqları şəhərdə münasib kirayə mənzil tapmaqdır. Xüsusilə sentyabr ayı yaxınlaşdıqca kirayə mənzillərə tələbatın artması bazarda qiymətlərə və təkliflərə də təsir göstərir.  

Bəs hazırda kirayə mənzil bazarında vəziyyət necədir? Tələbələr üçün hansı ərazilərdə və hansı qiymət aralığında mənzil tapmaq mümkündür?

Bizim.Media mövzuyla əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikirlərini öyrəndi. Ekspertin sözlərinə görə, indidən kirayə qiymətlərində xeyli artım müşahidə edilir:

"Hazırda mənzillərin satış qiymətlərinin artması onların kirayə qiymətlərinə də təsir edir. Ali təhsil müəssisələrinin əksəriyyətinin Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşməsi həmin ərazilərdəki mənzillərə tələbatı artırır".

Ekspert deyir ki, kirayə qiymətlərində ciddi artım müşahidə olunduğu üçün  tələbələr şəhərətrafı ucuz mənzillərə üz tutmalı olur.  

"Bu da onların təhsildən geri qalmaqlarına, həmçinin əlavə yol xərclərinə səbəb olur. Mərkəzə yaxın ərazilərdə qiymətlərin yüksək olması tələbələri Bakıətrafı ərazilərdə ucuz mənzillər kirayələməyə sövq edir. ".

Elnur Fərzəliyev vurğuladı ki, əgər yeni tələbə yataqxanaları istifadəyə verilərsə, bu kirayə qiymətlərini də azaldacaq:

"Düşünürəm ki, əvvəl olduğu kimi, indi də müasir, təmirli tələbə yataqxanaları istifadəyə verilərsə, bu, həm tələbələrin yol xərclərinin, həm də kirayə qiymətlərinin azalmasına səbəb ola bilər".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO