Qızılın qiyməti 4200 dolları ötdü

Qızılın qiyməti 4200 dolları ötdü

Hazırda oxunan: Qızılın qiyməti 4200 dolları ötdü

629497

ABŞ və İran arasında sülh sazişinin imzalanacağına dair gözləntilərin inflyasiya narahatlıqlarını qismən aradan qaldırması fonunda qızılın qiyməti bahalaşır.

Bizim.Media xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4201 dollar civarındadır. Gün ərzində qızılın qiyməti 4 faizdən çox artıb. Gümüşün qiyməti isə 3 faizdən çox bahalaşaraq iyulun 7-dən bəri ən yüksək səviyyəyə çatıb. Gümüşün bir troya unsiyasının qiyməti hazırda 62 dollardır.
 

Platin və palladiumun qiymətləri də artıb. ABŞ-də mis fyuçersləri tarixi rekorda yaxınlaşıb. “Comex” birjasında ticarət edilən mis qiymətləri bu il 17 faizdən çox bahalaşıb. Ötən gün London Metal Birjasında isə mis qiymətləri 1,4 faiz artaraq may ayından bəri ən yüksək səviyyəyə çatıb.


Ekspertlərin fikrincə, Hörmüz boğazının yenidən açılması üçün müvəqqəti razılaşma ehtimalı inflyasiya proqnozu ilə bağlı narahatlıqları aradan qaldırdığı və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırma ehtimalını azaltdığı üçün qızılın qiyməti ardıcıl üçüncü gündür yüksəlir.

“Citigroup”un analitikləri qızılın qiymətinin növbəti ay ərzində sabit qalacağını və ya bir qədər azalacağını, ilin dördüncü rübündə 4500 dollara, gələn ilin birinci yarısında isə 5000 dollara yüksələcəyini proqnozlaşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO