Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

Hazırda oxunan: Azərbaycanda yeni rüsumlar TƏTBİQ OLUNACAQ

621429

Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatı və toxumlara sertifikatların verilməsi üçün dövlət rüsumları müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanun layihəsində əks olunub.

Layihəyə əsasən, toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə:

- seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsi –  50 manat;

- seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi – 10 manat;

- toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) – 25 manat məbləğində dövlət rüsumu müəyyənləşdirilib.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO