Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb
602967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ildə Azərbaycandan Türkiyəyə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 145 milyon 736 min ABŞ dolları təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü illə müqayisədə 4 % azdır.
 

Hesabat dövründə Azərbaycandan Türkiyəyə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 28,8 %-dən 28,9 %-ə qalxıb.


İl ərzində Türkiyədən Azərbaycana isə fiziki şəxslər 193 milyon 158 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 9,8 % çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 16,2 %-dən 16,4 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO