Azərbaycanda əhalinin bank əmanətləri ARTIB – RƏQƏMLƏR

Azərbaycanda əhalinin bank əmanətləri ARTIB – RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycanda əhalinin bank əmanətləri ARTIB – RƏQƏMLƏR
593738
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur.
 

Bunun 50,4 %-i, yaxud 21 milyard 032,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 6,7 % azdır.


İl ərzində ev təsərrüfatlarının əmanətləri 14,4 % artaraq 16 milyard 772,4 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 27,5 % artaraq 3 milyard 921 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 189,9 milyon manatı (il ərzində 3,7 % az) qısamüddətli, 18 milyard 536,4 milyon manatı (+14,4 %) isə uzunmüddətli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO