"10 milyard dollarlıq itki barədə deyilənlər tarixi faktdır" - Elman Rüstəmov

Hazırda oxunan: "10 milyard dollarlıq itki barədə deyilənlər tarixi faktdır" - Elman Rüstəmov
57541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"2015-ci ildə Azərbaycanda manatın məzənnəsini qorumaq üçün ölkənin valyuta ehtiyatlarında 10 milyard dollarlıq itki ilə bağlı Prezident İlham Əliyevin dedikləri tarixi faktdır".

Bizim.Media xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

"Həmin il manatın 2-ci devalvasiyasına qədər 10 milyard ABŞ dolları məbləğində vəsait məzənnənin sabir saxlanılmasına sərf olunub, amma yekunda yenə də milli valyuta ucuzlaşdırılıb.

Biz çox da uzaq olmayan dövrdə ağır məqamalar yaşadıq və yaşamaqda da davam edirik.

2014-ci ilin iyun ayından başlayaraq qlobal iqtisadi böhran, neftin qiymətinin uzunmüddətli və kəskin düşməsi ölkənin tədiyyə balansında ciddi problemlər yaratdı. Həmin dövrdə ölkədə ciddi quruculuq işləri gedirdi. Dövlət büdcəsinə neft gəlirləri hesabına transferlər çox idi. Odur ki, neftin kəskin ucuzlaşması ölkənin valyuta ehtiyatlarını itirməsi təhlükəsi yaratmışdı", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO