Dəmir yolu ilə yüklərin daşınmasında edilən güzəştlər ləğv olundu - RƏSMİ

Dəmir yolu ilə yüklərin daşınmasında edilən güzəştlər ləğv olundu - RƏSMİ

Hazırda oxunan: Dəmir yolu ilə yüklərin daşınmasında edilən güzəştlər ləğv olundu - RƏSMİ
53961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda bu ilin əvvəlindən dəmir yolu ilə müəyyən yüklərin daşınmasında edilən güzəştlər ləğv olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Bizim.Media-ya verilən məlumata görə, COVID-19 pandemiyası qlobal iqtisadiyyata və ictimai həyatın bütün sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərib.

Qlobal enerji bazarlarında yaşanan iqtisadi gərginlik ADY-dən də yan keçməyib.

"Nəzərinizə çatdıraq ki, dəmir yolu ilə yükdaşımada mövcud tariflər sabit qalıb, lakin müəyyən yüklərin daşınmasına edilən güzəştlər ləğv olunub. Məlumat üçün bildirək ki, ADY ilə müqavilələri olan ekspeditor şirkətlərinə normativ sənədlərə uyğun olaraq bu barədə öncədən xəbərdarlıq edilib", - QSC-dən bildirilib.

ADY-dən qeyd ediblər ki, yüklərini dəmir yolu ilə daşımağa üstünlük verən iri ixracatçılar və idxalçılar yaxın gələcəkdə görüşlərin keçirilməsi və onlara fərdi yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO