Azərbaycan nefti ötən il ərzində 61%-dən çox bahalaşıb

Azərbaycan nefti ötən il ərzində 61%-dən çox bahalaşıb

Hazırda oxunan: Azərbaycan nefti ötən il ərzində 61%-dən çox bahalaşıb
53770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ilin dekabr ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,2 ABŞ dollarına bərabər olub ki, bu da noyabr ayının orta qiyməti ilə müqayisədə 6,54 dollar və ya 7,9% azdır.

Bizim.Media “APA-Economics"ə istinadən məlumat verir ki, ötən ay ən yüksək göstərici (dekabrın 30-u) – 82,13 dollar təşkil edib, ən minimal göstərici isə (dekabrın 2-si) 71,38 dollar səviyyəsində olub.

Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 12,7% və ya 9,27 dollar artıb.

Ümumilikdə 2021-ci il ərzində dünya bazarında Azərbaycan neftinin 1 bareli 61,3% və ya 31,21 dollar bahalaşaraq 82,13 dollar təşkil edib.

Ötən il ərzində ən yüksək göstərici (oktyabrın 25-i) – 88,19 dollar, ən minimal göstərici isə (yanvarın 4-ü) 50,92 dollar səviyyəsində qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO