2022-də neftə təlabat artacaq - OPEC+ HESABAT YAYDI

2022-də neftə təlabat artacaq - OPEC+ HESABAT YAYDI

Hazırda oxunan: 2022-də neftə təlabat artacaq - OPEC+ HESABAT YAYDI
53695
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"2021-ci ildə neft bazarında kəsir olsa da, 2022-ci ildə bolluq olacaq". 

Bizim.Media xəbər verir ki, bu barədə OPEC+ Texniki Komitəsinin hesabatında bildirilir. 

Hesabat qurumun bu gün iclasından sonra yayılıb. Sənəddə deyilir ki, yeni ildə neftə gündəlik tələbatın 4,2 milyon barel artaraq 100,8 milyon barelə çatacağına dair daha əvvəl açıqlanmış proqnoz qüvvədə qalır.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC-in qərarı neftin ucuzlaşma riskini artırır


Həmçinin bu il neft bazarında gündəlik təklif tələbi 1,4 milyon barel üstələyəcək, neft ehtiyatlarının həcmi 525 milyon barel artacaq. Ən böyük profisit mart, aprel və noyabr aylarında gözlənilir.

Neft bazarındakı yüksək qeyri-müəyyənliyi nəzərə alan komitə üzvləri bazarda tələbatın azalması və yaxud artması ilə bağlı iki variant irəli sürüb.

Birinci ssenariyə görə, neftə gündəlik tələbat 3,8 milyon barel artaraq 100,3 milyon barelə, gündəlik profisit isə 1,8 milyon barelə, ikinci ssenariyə görə isə tələbat 4,4 milyon barel artaraq 101,1 milyon barelə, profisit isə 1,2 milyon barelə çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO