Gələn il Azərbaycanda real qeyri-neft sektoru 4,9 % artacaq – PROQNOZ

Gələn il Azərbaycanda real qeyri-neft sektoru 4,9 % artacaq – PROQNOZ

Hazırda oxunan: Gələn il Azərbaycanda real qeyri-neft sektoru 4,9 % artacaq – PROQNOZ
53257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn il qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

"Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4 %-i səviyyəsində profisit gözlənilir.

Azərbaycan iqtisadiyyatının real sektorunda cari ildə başlamış artımın 2022-ci ildə davam edəcəyi proqnozlaşdırılır.

Rəsmi proqnozlara görə 2022-ci ildə real iqtisadi artım tempinin 3,9 %, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 % olacağı gözlənilir. Sosial təcrid tədbirlərinin yumşaldılması, stimullaşdırıcı makroiqtisadi siyasətin davam etdirilməsi, özəl investisiyaların artımının tədricən sürətlənməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, kontr-tsiklik fiskal siyasət və makroiqtisadi sabitlik iqtisadi artım proqnozunun əsasını təşkil edir.

2022-ci ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 2021-ci ilə nəzərən 4,7 % artacağı gözlənilir.

Növbəti ildən büdcə qaydasının təkmilləşdirilməsi və tətbiqin bərpa edilməsi ilə qeyri-neft fiskal kəsirin azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir",- bəyanatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO