Kredit reklamına qadağa qoyuldu  ”“ Azərbaycanda

Kredit reklamına qadağa qoyuldu ”“ Azərbaycanda

Hazırda oxunan: Kredit reklamına qadağa qoyuldu ”“ Azərbaycanda
52836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycanda fiziki şəxslər üçün nəzərdə tutulan kreditlərin reklamı qadağan edilib. 


Moderator.az  xəbər verir ki, yerli banklardan fins.az-a verilən məlumata görə, bununla bağlı onlara şifahi göstəriş verilib. Söhbət riteyl bank məhsullarından, yəni fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kreditlərin televiziyada, qəzet-jurnallarda və internetdə yayılan reklamından gedir. Banklardan fins.az-a bildirilib ki, bu göstərişdən sonra reklamların dəyişdirilməsinə başlanıb - yəni istehlak kreditlərinin reklamı, biznes kreditlərinin reklamları ilə əvəz edilib. Bəzi hallarda isə reklamları dayandırmaq mümkün olmayıb: "Bizim bundan sonra bir neçə ay ərzində nəzərdə tutulan müqavilələrimiz var və biz onları dərhal dəyişə bilmərik, sadəcə vaxtı başa çatandan sonra həmin reklamları digərləri ilə əvəz edəcəyik"-deyə bankların birindən fins.az-a bildirilib.

Bank nümayəndələrinin sözlərinə görə, artıq bu reklamların əvəzinə, digər bank məhsullarının reklamları, ya da sadəcə imic reklamları yayımlanacaq. Bununla bağlı yeni qadağa ölkənin reklam bazarının həcminə cidi təsir edə bilər. Belə ki, bankların bəziləri biznes kreditlərinin reklamlarının və ya imic reklamlarının özlərini doğruldacağına şübhə ilə inanırlar: "İstehlak kreditlərinin reklamı özünü doğruldurdu, reklam vasitəsilə müştəri cəlb edilirdi, amma imic reklamının müştəri cəlb edəcəyi inandırıcı görünmür".

Qeyd edək ki, Azərbaycanda istehlak kreditlərinin kəskin artması və ölkə əhalisinin əksəriyyətinin belə kreditlərlə yüklənməsi hökuməti artıq bir neçə aydır ki, narahat edir. B ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının tələbi ilə istehlak kreditlərinin verilməsi qaydaları sərtləşdirilsə də, istehlak kreditlərinin artımını dayandırmaq mümkün olmamışdı. Nəhayət, Nazirlər Kabinetinin 2014-cü ilin ilk yarım ilinin nəticələrinə həsr edilmiş  iclasında prezident İlham Əliyev də bu məsələyə toxunaraq bankların yüksək faiz dərəcələri ilə istehlak kreditlərinə üstünlük verməsi siyasətini tənqid etmişdi.

Bundan sonra bəzi banklar kredit siyasətlərinə yenidən baxdılar - faiz dərəcələri bir qədər endirildi və biznes kreditlərinin təbliğinə başlandı. Hazırda istehlak kreditləri bazarında böyük payı olan banklar da öz strategiyalarını dəyişməyə hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO