Azərbaycanda turizm bələdçilərinə milli sertifikat veriləcək

Hazırda oxunan: Azərbaycanda turizm bələdçilərinə milli sertifikat veriləcək

0:00
0:00
49450

Azərbaycanda turizm bələdçilərinin ilk dəfə dövlət tərəfindən milli sertifikatlaşdırılması prosesinə başlanılır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bununla bağlı keçirilən mərasimdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Turizm Bürosuna bununla bağlı sertifikasiya hüququ verilib. Agentliyinin sədri  bu gün peşəkar bələdçilərə böyük ehtiyacın olduğunu qeyd edib:

“Bununla bağlı müxtəlifdilli bələdçilərin hazırlanması üçün müxtəlif təlimlər keçirilib. Proses akreditasiya sisteminə və beynəlxalq standartlara uyğun şəkildə aparılacaq”.

Turizm bələdçilərinin sertifikatlaşdırılması orqanına sədrlik Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO