2021-ci ildən Neftçalada yeni avtomobil istehsalına başlanılacaq

2021-ci ildən Neftçalada yeni avtomobil istehsalına başlanılacaq

Hazırda oxunan: 2021-ci ildən Neftçalada yeni avtomobil istehsalına başlanılacaq

3805

Gələn ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına başlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “carweek.ru” saytı məlumat yayıb. Ölkədə sürücülər arasında "cip" lərə artan tələbat  istehsalın başlanmasına təkan verib.

Məlumata görə, artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlanılıb və müəyyən razılıqlar əldə edilib.

Avtomobillərin istehsalı Neftçala Avtomobil Zavoduna həvalə olunub. “Cip”lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək.

Xatırladaq ki, Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO