Əhaliyə ŞAD XƏBƏR – Bu şəxslər də pensiya ALA BİLƏCƏK

Əhaliyə ŞAD XƏBƏR – Bu şəxslər də pensiya ALA BİLƏCƏK

Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR – Bu şəxslər də pensiya ALA BİLƏCƏK
244456
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda 2016-cı ildə pensiya qanunvericiliyinə dəqiqləşdirilmələr edildikdən sonra ölkədə fərdi pensiya uçotu formalaşıb. Bu o deməkdir ki, vətəndaşın pensiyası onun işlədiyi dövrdə pensiya fonduna ödədiyi pensiya haqlarının məbləği ilə formalaşır”.

Bu sözləri Bizim.Media-ya pensiya hüquqları ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O, diqqətə çatdırıb ki, bir növ vətəndaş öz pensiyasını özü təyin edir:

“Yəni onun qazancı və bu qazancdan pensiya fonduna ödəmələri ilə təyin edilir.  Azərbaycanda qanunvericiliyə görə kişilər 65, qadınlar isə 64 yaşından pensiya alır və 2027-ci ildən qadınlarda da yaş həddi 65-ə çatdırılacaq. Burada pensiya hüququnun formalaşması üçün  iki cür prinsip müəyyənləşib. Birincisi minimum pensiya kapitalı formalaşdırmaq, ikincisi isə 25 il iş sığortasına malik olmaqdır. Yəni bu ikisindən biri yerinə yetirildikdə vətəndaşın pensiya hüququ  formalaşır”, - deyə ekspert qeyd edib.

Bəs sözügedən şərtlərə uyğun gəlməyən insanlar pensiya hüququ əldə edə bilməyəcək?

İqtisadçı-ekspert bildirib ki, hökumət 2026-cı ilə qədər istisnasız bütün vətəndaşlara 25 illik sığorta stajı hədiyyə edib:

“Bu o deməkdir ki, 2026-cı ilə qədər bir gün də sığorta stajı olmayan vətəndaşların da pensiya hüququ formalaşacaq. Bundan başqa 2026-cı ildə proses yekunlaşmır. Ancaq hər il sığorta stajı bir il azalacaq. Bu vətəndaşları işləməyə, pensiya hüququna dəstək verməyə çağırır.”

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO