Bayram ərəfəsində bazarlardakı QİYMƏTLƏR – VİDEO

Bayram ərəfəsində bazarlardakı QİYMƏTLƏR – VİDEO

Hazırda oxunan: Bayram ərəfəsində bazarlardakı QİYMƏTLƏR – VİDEO
226132
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni il bayramı ərəfəsində quzu əti və hind quşuna, eləcə də meyvələrə tələbat artıb. 

Bizim.Media "Xəzər TV"yə istinadən məlumat verir ki, yeni il bayramı ərəfəsində bölgələrdən gətirilən məhsullar ötən ilə nisbətdə daha boldur. 

Xüsusilə kənd toyuğu və hind quşu bu il ötən illərlə müqayisədə bazara daha çox gətirilib. Hazırda bazarda quzu ətinin 1 kiloqramı 22-23 manata, hind quşu ətinin 1 kiloqramı isə 14-19 manata təklif edilir. 

Meyvələrə gəlincə, alma 1 manatdan başlayır. Cənub bölgəsinə yağan qar-çovğun narıngi və portağalın da qiymətinə təsir edib. Narıngi 1.50 manata, portağal 2.50-3 manata satılır. 
 

Banan 2.20, kivi 2.50, armud 3.50 manat, nar 2-3 manat arasında, xaricdən gətirilən üzüm 4 manata, limonun 3-4 ədədi 1 manata, heyvanın kiloqramı 2-3 manata satılır. Qızıləhmədi almasının kiloqramı 4.50 manatadır. Ananasın qiyməti isə 5-6 manat civarındadır. 


Ətraflı süjetdə: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO