
- A-
- A
- A+
İqtisadiyyat
11:04 / 16.10.2024
1 dəq oxunma
Azərbaycana bu il 1.2 milyard dollarlıq avtomobil GƏTİRİLİB
Hazırda oxunan: Azərbaycana bu il 1.2 milyard dollarlıq avtomobil GƏTİRİLİB
216271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 268 milyon 435 min dollar dəyərində 66 285 ədəd avtomobil idxal olunub.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 9% və ya 6 598 ədəd azalıb, dəyəri isə 5.1% və ya 62.2 milyon dollar artıb.
2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 207 milyon 206 min dollar dəyərində 72 883 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% və ya 127 ədəd avtomobil artaraq 2245 ədəd təşkil edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



























































































