Azərbaycan vətəndaşları bu il Türkiyədə 517 danışmaz əmlak alıb

Azərbaycan vətəndaşları bu il Türkiyədə 517 danışmaz əmlak alıb

Hazırda oxunan: Azərbaycan vətəndaşları bu il Türkiyədə 517 danışmaz əmlak alıb
211878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 517 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 30 obyekt çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 15 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə 806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min 257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 26,2 faiz azdır.

Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO