Türkiyədə 2030-cu ilə qədər 56 elektrikli qatar dəsti istehsal olunacaq

Türkiyədə 2030-cu ilə qədər 56 elektrikli qatar dəsti istehsal olunacaq

Hazırda oxunan: Türkiyədə 2030-cu ilə qədər 56 elektrikli qatar dəsti istehsal olunacaq

186599

Türkiyədə 2030-cu ilə qədər ümumilikdə 56 yerli elektrikli qatar dəsti istehsal olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Ölkədə istehsal olunan sayca üçüncü yerli elektrikli qatar dəstinin istifadəyə verilməsi münasibətilə vətəndaşları təbrik edən Uraloğlu müasir tələblərə cavab verən vaqonların, həmçinin qatarların dizaynında və istehsalında lider ölkələr siyahısına Türkiyənin də daxil olduğunu deyib.

Nazir qeyd edib ki, TÜRASAŞ şirkəti tərəfindən istehsal olunan yerli elektrikli qatarın sürəti 160 km/saata çatır. Beş vaqondan ibarət qatar 324 sərnişin üçün nəzərdə tutulub.

"Türkiyə hər sahədə öz ehtiyaclarını qarşılayan ölkə olmalıdır. Dəmir yolu sektorunda da idxal minimum səviyyəyə düşməlidir. İxraca üstünlük verməliyik", - deyə Uraloğlu vurğulayıb.
O, ölkədə 225 km/saat sürətinə malik yüksək sürətli qatar layihəsinin də həyata keçirildiyini xatırladıb, bu layihənin dizayn mərhələsində olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO