İpoteka krediti şərtlərində dəyişikliklər olacaq - VİDEO

Hazırda oxunan: İpoteka krediti şərtlərində dəyişikliklər olacaq - VİDEO

183829

İpoteka krediti borcu tam ödənilmədikdə də əmlak vətəndaşa qala bilər. 

Bizim.Media “Xezerxeber.az”a istinadən xəbər verir ki, bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. 

Yəni, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə - yəni vətəndaşa qalacaq. 
İqtisadçı Rəşad Həsənov bildirir ki, qanunvericiliyə edilən  dəyişikliklər qanunun təkmilləşdirilməsi məqsədi daşıyır. İqtisadçının sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər vətəndaşlar və varislər üçün hüquqi prosedurların sadələşdirilməsinə kömək edəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, ipoteka predmeti satıldıqda və məhv olduqda ipotekaya xitam verilir.

Daha ətraflı videomaterialda:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO