Ağdam-Füzuli avtomobil yolunun inşası bu il tamamlanacaq

Ağdam-Füzuli avtomobil yolunun inşası bu il tamamlanacaq

Hazırda oxunan: Ağdam-Füzuli avtomobil yolunun inşası bu il tamamlanacaq

183387

Ağdam-Füzuli avtomobil yolunun inşasının bu il tamamlanacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu report-a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO