Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artacaq

Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artacaq

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artacaq

141241

"Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib ki, bununla paralel olaraq, Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük ehtiyac var.

Bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycan və Türkiyə həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində fəal əməkdaşlıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO