Kapital Banka yeni rəhbər təyin edildi

Kapital Banka yeni rəhbər təyin edildi

Hazırda oxunan: Kapital Banka yeni rəhbər təyin edildi
134526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kapital Banka yeni rəhbər təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə bankın səhmdarlarının ümumi yığıncağında qərar qəbul olunub. 

Qərara əsasən, Kapital Bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Rövşən Allahverdiyev vəzifəsindən azad olunaraq Müşahidə Şurasının sədri təyin olunub.

Digər qərarla Bankın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov İdarə Heyətinin sədri, Baş İcraçı direktor təyin edilib. 

Qeyd edək ki, bu təyinatlara qədər Kapital Bankın müşahidə şurasının sədri "PAŞA Holdinq"in Baş İcraçı direktoru Cəlal Qasımov idi. O, bundan sonra fəaliyyətini Müşahidə şurasının üzvü kimi davam etdirəcək. 
Kapital Bankın səhmlərinin 99,87%-i PAŞA Holding-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO