Neftçilərə yüksək dövlət təltifləri təqdim olundu - FOTO

Neftçilərə yüksək dövlət təltifləri təqdim olundu - FOTO

Hazırda oxunan: Neftçilərə yüksək dövlət təltifləri təqdim olundu - FOTO
107243
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə yüksək dövlət təltiflərinə layiq görülən neft sənayesi işçilərinə orden və medalların təqdim edilməsi mərasimi keçirilib.

Bu barədə Bizim.Media Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Bildirilib ki, SOCAR prezidenti Rövşən Nəcəf ölkəmizdə bütün sahələrdə olduğu kimi, neft-qaz sənayesi işçilərinin də hər zaman ölkə başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

SOCAR prezidenti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və xoş bir ənənəyə çevrilən neftçilərin dövlət səviyyəsində təltif olunmasının Azərbaycan neftçilərinin əzmkar və fədakar fəaliyyətinin yüksək qiymətləndirilməsinin təzahürü olduğunu qeyd edib.

Təltif olunan bütün neftçiləri təbrik edən R. Nəcəf onların fəaliyyətini və neft-qaz sənayesinin inkişafını hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısına Azərbaycan neftçiləri adından dərin minnətdarlığını ifadə edib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif edilən neftçilərə orden və medallar təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO