Dollar yenidən bahalaşır - SƏBƏB

Dollar yenidən bahalaşır - SƏBƏB

Hazırda oxunan: Dollar yenidən bahalaşır - SƏBƏB

102399

Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sabah uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqladı. Artıq qlobal birjalar FED-in potensial addımına reaksiya verməkdədirlər. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənib. 57.6 faizini avro təşkil edən səbət valyutalar bu ilin geridə qalan aylarında dollara nisbətən ümumilikdə 20.0 faizə yaxın dəyər itiriblər. 


Məsələ ilə bağlı millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya bildirdi ki, ötən həftə dollarla kursu bərabərləşən avro yenidən ABŞ pulundan ucuz təklif olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda devalvasiya təhlükəsi varmı? - CAVAB


“Avropa Mərkəzi Bankının son qərarına rəğmən avronun məzənnəsində artımlar müşahidə olunmadı. ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir”.

Azərbaycanda da dollar bahalaşa bilərmi?

İqtisadçı ekspert belə bir ehtimalın olmadığını söylədi:


“Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib. Bununla yanaşı, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzun müddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzun müddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımdan da vacibdir.

Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.

Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.

Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO