Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Hazırda oxunan: Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
102378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 303,1 milyon manat təşkil edib.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.

9 aylıq daxilolmaların 2 milyard 119,6 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 19,7 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 115,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,7 % artaraq 85,3 milyon manata çatıb.
9 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 40,8 % artaraq 592,4 milyon manat təşkil edib. O cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,7 % artaraq 411 milyon manat olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO