Çempionlar Liqasında IV tura start veriləcək – 8 MATÇ

Çempionlar Liqasında IV tura start veriləcək – 8 MATÇ

Hazırda oxunan: Çempionlar Liqasında IV tura start veriləcək – 8 MATÇ
98550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

Bu matçlardan sonra 4 komanda pley-off vəsiqəni təmin edə bilər. F qrupunda İspaniya "Real Madrid"i Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu məğlub etsə, adını 1/8 finala yazdıracaq.
G qrupunda İngiltərə təmsilçisi "Mançester Siti" Danimarkada "Kopenhagen"ə, Dortmund "Borussiya"sı isə Almaniyada İspaniya "Sevilya"sına qalib gələcəyi təqdirdə, sona 2 tur qalmış pley-offa yüksələcək.

H qrupunda da 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşə bilər. İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə uduzsa, PSJ (Fransa) - "Benfika" (Portuqaliya) görüşünün qalibi növbəti raunda vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu evdə Avstriya "Zaltsburq"u ilə qarşılaşacaq.

E qrupunun digər matçında isə İngiltərənin "Çelsi" klubu İtaliyada "Milan"ın qonağı olacaq.

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO