"Neftçi" 17 il sonra REKORDU TƏKRARLADI

Hazırda oxunan: "Neftçi" 17 il sonra REKORDU TƏKRARLADI
92096
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda 12 qol vurub.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, bu, “ağ-qaralar” üçün son 17 ilin ən yüksək məhsuldarlığının təkrarıdır. Bakı klubu 2007/08 mövsümündəki göstəricisinə imza atıb.

Paytaxt təmsilçisinin startda daha çox qol vurmasına isə 2005/06 mövsümünə təsadüf olunub. Həmin vaxt “Neftçi” ilk 5 turda 13 dəfə rəqib qapısına yol tapıb. Sonrakı 17 mövsüm üçün rekord isə 2007/08 və 2022/23 mövsümlərinə aiddir.
Laurentsiu Regekampfın yetirmələri həm də ilk 5 turda iki böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” sonuncu dəfə azarkeşlərini belə startla 2003/04 mövsümündə sevindirib. 19 il öncə beş oyundan ikisində üç və ya daha çox top fərqi qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Şamaxı” (1:0), “Kəpəz” (5:2), “Sabah” (1:2), “Zirə” (2:1) və “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO