FİDE-nin yeni reytinqi: Şəhriyar və Teymur mövqeyini qorudu

FİDE-nin yeni reytinqi: Şəhriyar və Teymur mövqeyini qorudu

Hazırda oxunan: FİDE-nin yeni reytinqi: Şəhriyar və Teymur mövqeyini qorudu
91423
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Bizim.Media qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycanın 1 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov (2575 xal) 10-cu pillədə qalıb.  Teymur Rəcəbovun da mövqeyi dəyişməzdir. O, yenə 2747 xalla 15-ci yerdədir.

Qədir Hüseynov isə (2661 xal) 85-ci pillədə qərarlaşıb. Bundan əvvəlki reytinq cədvəlində 93-cü pillədə olan Rauf Məmmədov isə ilk 100 şahmatçı siyahısını tərk edib.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) 2-ci, rusiyalı Yan Nepomnyaşi (2792 xal) 3-cüdür.

Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə (2473 xal) 21-ci sırada qalıb. Ülviyyə Fətəliyeva (2408 xal)  45-ci, Gülnar Məmmədova (2382 xal) 73-cü, Xanım Balacayeva (2379 xal) isə 75-cidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO