Daha bir boksçumuz Avropa çempionatında medalı təmin etdi

Daha bir boksçumuz Avropa çempionatında medalı təmin etdi

Hazırda oxunan: Daha bir boksçumuz Avropa çempionatında medalı təmin etdi
89027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyinin beşinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı çıxışını qələbə ilə başa vurub.

Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Bağır Əlimxanlı (46 kq) 1/8 final mərhələsi çərçivəsində Oskaras Pliauqa (Litva) ilə üz-üzə gəlib.

O, 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Əlimxanlı 1/4 finalda ukraynalı İlya Starik ilə qüvvəsini sınayacaq.

Əli Məmişov (70 kq) isə Orestas Staponkus (Litva) üzərində qələbədən sonra Niko Qoreta (Xorvatiya) ilə qarşılaşıb. Azərbaycan boksçusu gərgin keçən döyüşü 4:1 (29:28, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə aktivinə yazıb.
Bu qələbə Məmişovu yarımfinala yüksəltməklə yanaşı, ən azı özü üçün bürünc medal qazanacağını da rəsmiləşdirib. O, finala vəsiqə uğrunda yunanıstanlı Nikoloas Bliatze ilə münasibətinə aydınlıq gətirəcək.

Onlardan fərqli, Raul Əsədullayev (50 kq) və Əmir Abasov (80 kq) yarışla vidalaşıb.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO