"Neftçi" bu gün Avstriyada cavab oyununa çıxacaq

Hazırda oxunan: "Neftçi" bu gün Avstriyada cavab oyununa çıxacaq
87988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq.

"Allianz" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa fPeyiç cəzalı olduğu üçün matçı buraxacaq. "Neftçi"də isə itki yoxdur.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

22:30. "Rapid" (Vyana, Avstriya) - "Neftçi" (Azərbaycan)

Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç)

Vyana, "Allianz" stadionu
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO