
- A-
- A
- A+
İdman
08:12 / 04.08.2022
1 dəq oxunma
Azərbaycan UEFA reytinqində xal ehtiyatını yenidən artırdı
Hazırda oxunan: Azərbaycan UEFA reytinqində xal ehtiyatını yenidən artırdı
86867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
Bizim.Media xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,125 xal gətirib.
Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.
Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” üçüncü təsnifat mərhələsində ilk oyununu bu gün keçirəcək. Rəqib Avstriyanın "Rapid" (Vyana) klubu olacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































