V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək GİMNASTLARIMIZ

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək GİMNASTLARIMIZ

Hazırda oxunan: V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək GİMNASTLARIMIZ
85884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 9-dan 18-dək Konyada təşkil olunacaq V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib.

Bizim.Media Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bədii gimnastika üzrə fərdi yarışlarda İlona Zeynalova, Alina Gözəlova və Zöhrə Ağamirova medallar uğrunda mübarizə aparacaqlar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da İslamiadada gücünü sınayacaq.
Mötəbər turnirin aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında da çıxış edəcəklər.

M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da mübarizə aparacaqlar.

Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov yarışda Azərbaycanın idman şərəfini qoruyacaqlar.
“Konya-2021”də bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası ayın 10-11-də və 17-18-də, aerobika isə 13-14-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO