
- A-
- A
- A+
İdman
13:41 / 26.07.2022
1 dəq oxunma
Mahir Emreli Şimali Makedoniyaya aparılmadı
Hazırda oxunan: Mahir Emreli Şimali Makedoniyaya aparılmadı
85511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Zaqreb "Dinamo"sunda (Xorvatiya) çıxış edən millimizin üzvü Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə bu gün keçiriləcək cavab oyununu da buraxacaq.
Bizim.Media Xorvatiya mətbuatına istinadən xəbər verir ki, zədəsi hələ də sağalmayan 25 yaşlı hücumçu sözügedən görüş üçün heyətdən kənarda qalıb.
Mahirlə yanaşı, digər zədəlilər Yosip Şutalo və Marko Bulat, həmçinin yeni sağalmış Bosko Şutalo da səfər oyunu öncəsi Zaqrebdə qalıblar.
Qeyd edək ki, "Şkupi" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb. Xatırladaq ki, M.Emreli zədə səbəbindən "Şkupi" ilə ilk oyunu da buraxmışdı.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































