
- A-
- A
- A+
İdman
14:06 / 15.07.2022
1 dəq oxunma
Ronaldo 275 milyon avrodan imtina etdi
Hazırda oxunan: Ronaldo 275 milyon avrodan imtina etdi
83832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yüksək maaş vəd edilməsinə baxmayaraq, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna transfer olunmaq istəməyib.
Bizim.Media xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Sözügedən klub Ronaldoya 2 illik çıxış üçün ümumilikdə 275 milyon avro maaş verəcəyini bildirib. Lakin Ronaldo bu təklifi rədd edib.
Səudiyyə Ərəbistanı təmsilçisi transferə görə "Mançester Yunayted"ə isə 30 milyon avro ödəyəcəkdi.
Qeyd edək ki, Ronaldo qısa müddətdə "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































