UEFA Millətlər Liqasında növbəti oyunlar keçirildi - NƏTİCƏLƏR

UEFA Millətlər Liqasında növbəti oyunlar keçirildi - NƏTİCƏLƏR

Hazırda oxunan: UEFA Millətlər Liqasında növbəti oyunlar keçirildi - NƏTİCƏLƏR
78943
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Millətlər Liqasının qrup mərhələsində dördüncü tura start verilib.

Bizim.Media xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə doqquz qarşılaşma baş tutub.

A Liqasının ikinci qrupunda İspaniya Çexiyanı qəbul edib. İspaniya yığması 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda İsveçrə Portuqaliyanı 1:0 hesabı ilə məğlub edib.

B Liqasının dördüncü qrupunda Norveç İsveçlə oyunda 3:2 hesabı ilə qalib gəlib. Sloveniya və Serbiya yığmalarının oyunu isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.
 

C Liqasının ikinci qrupunda Şimali İrlandiya və Kipr komandalarının görüşü 2-2 hesablı heç-heçə ilə bitib. Yunanıstan isə Kosovonu 2:0 hesabı ilə məğlub edib. Liqanın dördüncü qrupunda Gürcüstan Bolqarıstanı qəbul edib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Şimali Makedoniya isə Cəbəllütariqi 4:0 hesabı ilə məğlub edib.

Nəhayət, D Liqasının ikinci qrupunda Malta San Marinoya 1:0 hesabı ilə qalib gəlib.

UEFA Millətlər Liqası

A Liqası, 2-ci qrup

İsveçrə-Portuqaliya - 1:0

İspaniya-Çexiya - 2:0

B Liqası, 4-cü qrup

Norveç-İsveç - 3:2

Sloveniya-Serbiya - 2:2

C Liqası, 2-ci qrup

Şimali İrlandiya-Kipr - 2:2

Yunanıstan-Kosovo - 2:0

4-cü qrup

Şimali Makedoniya-Cəbəllütariq - 4:0

Gürcüstan-Bolqarıstan - 0:0

D Liqası

2-ci qrup

Malta-San Marino - 1:0.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO