Fərid Qayıbov UNESCO-da yüksək vəzifəyə SEÇİLDİ

Fərid Qayıbov UNESCO-da yüksək vəzifəyə SEÇİLDİ

Hazırda oxunan: Fərid Qayıbov UNESCO-da yüksək vəzifəyə SEÇİLDİ

75964

Mayın 24-də UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclası keçirilib. 

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyindən Bizim.Media-ya verilən xəbərə görə, iclasın keçirilməsində əsas məqsəd Komitənin Büro üzvlərinin və sədrinin seçilməsi olub. 

Qəbul olunmuş qərara əsasən, Komitənin 18 üzvü arasından Azərbaycan, Fransa, Venesuela, Şri-Lanka, Madaqaskar və Qətər Komitənin büro üzvləri seçiliblər. 

Daha sonra isə Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. 

Yekdilliklə qəbul olunmuş qərara əsasən, gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri seçilib. Üzv ölkələr Azərbaycanın MİNEPS VII ev sahibliyi etmək qərarını yüksək qiymətləndiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO