Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO

Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO

Hazırda oxunan: Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO
75655
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri turnirinə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib.

Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran təmsilçimiz ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gəlib.

Burada qılıncoynadanımızın rəqibi italyan Rossella Qreqorio olub. Rəqibini 15:7 hesabı ilə məğlub edən Anna Başta yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan Anna finalda gündoğar ölkənin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən idmançımız Qran-Prinin qızıl medalına layiq görülüb.

A.Başta cari ildə Bolqarıstanın Plovdiv və Yunanıstanın Afina şəhərlərində keçirilən dünya kubokunun mərhələ yarışlarında da qızıl medal qazanıb.

Qılıncoynadanımız hazırda qadın sablyaçıların dünya reytinqində 4-cü sırada qərarlaşıb.

Bizim.Media

Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO - foto 1
Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO - foto 2
Qılıncoynadanımız İtaliyada Qran-Pri turnirinin qalibi oldu - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO