
- A-
- A
- A+
İdman
13:39 / 22.05.2022
1 dəq oxunma
İngiltərə Premyer Liqasında çempion kim olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?
Hazırda oxunan: İngiltərə Premyer Liqasında çempion kim olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?
75603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşəcək.
Bizim.Media xəbər verir ki, çempionluq uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır.
Hazırda 90 xalla 1-ci pillədə olan Pep Qvardiolanın baş məşqçisi olduğu komanda son turda evdə “Aston Villa” (45 xal, 14-cü yer) ilə qarşılaşacaq.
Liderdən 1 xal geridə qalan Yurgen Kloppun çalışdırdığı “Liverpul” isə “Vulverhempton”u (51 xal, 8-ci yer) qəbul edəcək. “Çelsi” isə 71 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































