"Qarabağ" öz rekordunu yenilədi

Hazırda oxunan: "Qarabağ" öz rekordunu yenilədi
74111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” 2021/22 mövsümündə 10-cu dəfə böyük hesabla qələbə qazanıb.

Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, bu, 16-cı turdan təxirə salınan “Sumqayıt”la matçda gerçəkləşib.

5:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası bunadək keçirilən 25 matçda 9 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Ağdam klubu Premyer Liqadakı bütün rəqibləri ilə görüşlərdə belə qələbə əldə edib. “Qarabağ” “Neftçi” (4:0), “Zirə” (3:0), “Qəbələ” (5:1), “Sabah” (5:1) və “Şamaxı”nı (8:0) bir, “Səbail”i (3:0, 5:1) iki, “Sumqayıt”ı (4:0, 3:0, 5:0) üç dəfə böyük hesabla üstələyib.
Bu, son 8 mövsümün rekord göstəricisidir. Daha çox böyükhesablı qələbəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 11 belə nəticəyə imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO