Şəhriyar son görüşündə Maqnus Karlsenə qarşı

Şəhriyar son görüşündə Maqnus Karlsenə qarşı

Hazırda oxunan: Şəhriyar son görüşündə Maqnus Karlsenə qarşı
71826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gələcək. 

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub. 
Hazırda 8 xalı olan Məmmədyarov 6-cı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə Praqnanandha ilə 1-2-ci yerləri bölüşdürür. 

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO