Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək 

Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək 

Hazırda oxunan: Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək 
71636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VI turunda niderlandlı Yorden van Forrestlə üz-üzə gələcək. 

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib.

Təcrübəli şahmatçı II, III və IV turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub. Hazırda 6 xalı olan Məmmədyarov Aniş Giri ilə birlikdə 6-7-ci yerləri bölüşdürür. 
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO