"Qızıl top"u qazanmağa əsas namizəd odur - Siyahıda başqa kimlər var?

Hazırda oxunan: "Qızıl top"u qazanmağa əsas namizəd odur - Siyahıda başqa kimlər var?
69149
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatını qazanmağa ən real namizədlər açıqlanıb.

Bizim.Media "Goal" nəşrinə istinadən xəbər verir ki, hələlik siyahıya İspaniyanın "Real Madrid" klubunun və Fransa millisinin futbolçusu Kərim Benzema başçılıq edir.

Almaniyanın "Bavariya" klubunda çıxış edən polşalı hücumçu Robert Levandovski ikinci pillədə qərarlaşıb.

2022-ci il mükafatına Məhəmməd Salah ("Liverpul", Misir), Kilian Mbappe (PSJ, Fransa), Luka Modriç ("Real Madrid", Xorvatiya), Sadio Mane ("Liverpul", Seneqal), Kevin De Brüyne ("Mançester Siti", Belçika), Vinisius Junior ("Real Madrid", Braziliya), Fil Foden ("Mançester Siti", İngiltərə) və Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə) da iddia edir.

Nəşrin tərtib etdiyi 20 oyunçudan ibarət siyahıya Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldo düşməyib.

Qeyd edək ki, ötən il "Qızıl top"u Lionel Messi qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO